Mövlud Çavuşoğlu ABŞ dövlət katibi və İsveç XİN başçısı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə NATO-nun mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə tviterdə paylaşım edib.

Çavuşoğlu Blinkenlə Türkiyə-ABŞ münasibətlərini müzakirə etdiklərini bildirib.

Türkiyə XİN başçısı Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədi ABŞ tərəfinə təqdim edib.

Çavuşoğlu həmçinin İsveçdən olan həmkarı Tobias Bilström ilə də görüşüb. Tərəflər İsveçin NATO-ya üzvlüyünü müzakirə ediblər. O, həmkarının diqqətinə çatdırıb ki, terrorla mübarizədə məqsədyönlü əməkdaşlıq şərtdir.

 

Gununsesi.info