Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi

  • By admin
  • 08 Noyabr 2021 11:16

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Gununsesi.info xəbər verir ki,bu məqsədlə sosial şəbəkələrdə paylaşım edən nazir yazıb:

“Haqlı mübarizəsində qazandığı zəfərdən sonra artıq Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır, xarı bülbül çiçəyi coşqu ilə açılır.

Qardaş Azərbaycanın Zəfər Günü mübarək olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun!”.

Gununsesi.info