Mövlud Çavuşoğlu: “Bu axşam gəlirlər”

  • By admin
  • 22 Avqust 2016 16:40

movlude

 

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Litvanın xarici işlər naziri Linas Linkyaviçyus ilə görüşüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra M. Çavuşoğlu Linas Linkyaviçyus ilə birlikdə mətbuat konfransı keçirib. M. Çavuşoğlu konfrasda Fəthullah Gülənin Türkiyəyə ekstradisiyasa edilməsi məsələsinə aydınlıq gətirib: “Fəthullah Gülənin Türkiyəyə qaytarılması məqsədilə ABŞ-ın nümayəndə heyəti bu axşam Ankaraya gələcək. Dörd nəfərdən ibarət ekspert qrupu Ədliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri ilə görüşəcəklər. İki gündən sonra isə ABŞ-ın vitse-prezidenti Joe Biden Türkiyəyə səfər edəcək”-, deyə o bildirib.

Onun sözlərinə görə, görüşdə əsas məqsəd terrorist Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsidir.

Anar

Gununsesi.info