Mövlud Çavuşoğlu gələn həftə yenidən Azərbaycana səfər edəcək

Mövlud Çavuşoğlu gələn həftə yenidən Azərbaycana səfər edəcək

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu növbəti həftə yenidən Azərbaycana səfər edəcək.

Gununsesi.info-ya verilən xəbərə görə, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Azərbaycana səfəri dekabrın 19-da reallaşcaq.

M.Çavuşoğlunun dekabr ayında Azərbaycana reallaşan ikinci səfərində məqsəd dekabrın 20-də Bakıda keçiriləcək növbəti Azərbaycan-Türkiyə-İran XİN başçılarının növbəti görüşündə iştirak etməkdir.

Səfər çərçivəsində türkiyəli nazirin Bakıda bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Üçtərəfli görüşdə ölkələr arasında siyasi, iqtisadi, ticari, turizm, enerji sahədə əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin regional əməkdaşlıq məsələləri ilə yanaşı, Cənub Qafqazda, Yaxın Şərqdə, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qüds ətrafında baş verən proseslər və fəaliyyətlərin koordinasiya olunması kimi məsələlər müzakirə olunacaq.

Yekun olaraq Bakı Bəyannaməsi qəbul ediləcək.

Mürtəza

Gununsesi.info

COMMENTS