Mövlud Çavuşoğlu İraqa hərbi müdaxiləni istisna etmədi

  • By admin
  • 25 Sentyabr 2017 15:54

movlud-cavushoglu

Kürdlər tərəfindən İraqın şimalında yaşayan türkmən qardaşlarımıza hər hansı təqiblər və təzyiqlər olarsa, Türkiyə tərəfdən hərbi müdaxilə qaçılmaz olacaq.

Gununsesi.info haberturk-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Onun sözlərinə görə, hərbi müdaxilə proseslərin gedişindən aslı olan məsələdir: “Ayrıca bizim İraqla ticarətimiz mövcuddur”.

Çavuşoğlu qeyd edib ki, yaxın gələcəkdə Bərzani ilə PKK-çılar arasında silahlı toqquşma baş verəcək.

M.Çavuşoğlu bəyan edib ki, biz zamanında Bərzaniyə həm Səddam Hüseyn, həm də İŞİD-lə üzləşdikləri problemlər zamanı dost yardımı etdik: “Bu bir daha bizim oradakı kürd qardaşlarımızla bağlı problemin olmadığını göstərir”.

Gununsesi.info