Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır.
Gununsesi.info xəbər verir ki, bunu Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib. Türkiyəli nazir deyib ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq və bundan sonra da yanında olacağıq. O, əlavə edib ki, ” Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu da səylərini gücləndirməlidir”.
Türkiyə ATƏT-in Minsk Qrupu çərçivəsində hər cür köməkliyi göstərməyə hazır olduğunu deyən nazir bildirib ki, bu məsələ ilə bağlı Sergey Lavrovla Alanyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat mübadiləsini etdik: “Biz görüşdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dedik. Son vaxtlar münaqişənin həll edilməsi məsələsində yavaşlanma hiss olunur. Amma biz Rusiyanın son zamanlar etdiyi addımları dəstəkləyirik”.
Mürtəza
Gununsesi.info