Mövlud Çavuşoğlu Rusiyalı həmkarına təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

  • By admin
  • 11 Fevral 2018 22:50

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, Çavuşoğlu başsağlığını Rusiyalı həmkarı Sergey Lavrova telefon danışığı zamanı verib.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən “Saratov Hava Yolları”na məxsus sərnişin təyyarəsi “Domodedovo” hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Gununsesi.info