Mövlüd Çavuşoğlu Zəhra ilə bağlı baş sağlığı vedi - ERMƏNİSTANI TƏXRİBATLARA SON QOYMAĞA ÇAĞIRDI

  • By admin
  • 19 İyul 2017 14:15

15004410211754946239-1000x669

“Azərbaycan, Türkiyə və Türkmənistan arasında iqtisadi əməkdaşlıq sahəsində azalma var”.

Gununsesi.info-nun məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O nəzərə çatdırıb ki, vəziyyəti bərpa etmək üçün potensial var.
Nazirin sözlərinə görə, BMT və beynəlxalq təşkilatlarda gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. N. Çavuşoğlu bildirib ki, Türkmənistanda keçiriləcək ölkə başçılarının zirvə görüşündə enerji məsələlərlə yanaşı digər sahələrdə əməkdaşlıq müzakirə olunacaq. O, ekspertlərin 2018-2020-ci illəri əhatə edən Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığına dair “Yol xəritəsi” üzərində çalışdığını da söyləyib.

M. Çavuşoğlu ermənilərin hücumu nəticəsində Füzulidə şəhid olan iki mülki şəxsin ölümü ilə əlaqədar başsağlığı verib və Ermənistanı təxribatlara son qoymağa çağırıb.

“Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Ermənistan silahlı qüvvələrinin işğalına son qoyulacağından sonra mümkündür. Türkiyə Azərbaycanın yanındadır. Ötən il Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edirəm”, – deyə o vurğulayıb.

Gununsesi.info