Mövlud Çavuşoğlunun Almaniyadakı görüşü ləğv edildi

  • By admin
  • 06 Mart 2017 22:21

movlud

Almaniyanın Hamburq şəhərində yerli icra orqanları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilməli olan tədbiri ləğv edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, martın 7-də keçirilməsi nəzərdə tutulan tədbirdə nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiqi ilə bağlı çıxış etməli imiş.

Yerli hökumət görüşün ləğvinə səbəb kimi zalda yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilmədiyini gətirib. Tədbirin digər məkanda keçirilib-keçirilməyəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl M.Çavuşoğlu Almaniya XİN rəhbəri Ziqmar Qabriel ilə telefon danışığında Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə tədbirlərin ləğvindən narahatlığını ifadə etmişdi.

Gununsesi.info