Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.
O bildirib ki, yazıçı süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir.
“Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur”, – deyə Ruzbeh Məmməd qeyd edib.
Xatırladaq ki, Mövlud Süleymanlı fevralın 15-də insult keçirib və həmin gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Gununsesi.info