Mozambikdə yanacaq tankeri partladı: 73 ölü, 100 yaralı

  • By admin
  • 18 Noyabr 2016 14:00

mozambiq
Mozambikdə yanacaq daşıyan tankerdə partlayış baş verib.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, Malavi sərhədi yaxınlığında yerləşən Tete şəhərində yanacaq tankerində partlayış baş verib. Partlayan tanker Beira limanından Malaviyə yanacaq daşıyırmış. Partlayış nəticəsində güclü yanğın baş verib, 73 nəfər ölüb.
Məlumata görə, ölü sayının artacağı istisna edilmir, çünki 100 nəfrə yaralı var. Yaralılar dərhal ətrafdakı xəstəxanalara yerləşdirilib. Hazırda hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb edilib.
Qeyd edək ki, partlayışa tankerdən yanacaq çəkmək istəyən şəxslərin səbəb olduğu deyilir.
Anar
Gununsesi.info