Mozambikdən İlham Əliyevə məktub…

  • By admin
  • 12 İyun 2017 20:30

2017_ilham_aliyev_01

 

Mozambik Respublikasının Prezidenti Filipe Jasinto Nyusi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və Hökumətinə Mozambik Respublikasının xalqı və Hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Cənab Prezident, bu əlamətdar bayramla əlaqədar xalqlarımız və ölkələrimiz arasında mövcud olan dostluq və həmrəylik münasibətlərini bir daha vurğulamaq, habelə BMT və digər beynəlxalq forumlar çərçivəsində əlaqələrimizi möhkəmlətmək üçün Sizinlə işləməyə tam hazır olduğumu bir daha bəyan edirəm.

Fürsətdən istifadə edib, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına tərəqqi və firavanlıq arzularımı bildirirəm.

Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin”, – təbrikdə qeyd edilir.

 

Gununsesi.info