“MPT-76” silahı TSQ-ya təslim edildi

  • By admin
  • 11 Yanvar 2017 17:22

mrt

Bu gün Türkiyənin ilk yerli istehsalı olan “MPT-76” silahı Türkiyə Silahlı Qüvvələrinə (TSQ) təhvil verilib.

Gununsesi.info-nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Türkiyənin Makina və Kimya Sənayesi Qurumu tərəfində istehsal olunan 500 ədəd “MPT-76” avtomat silahı Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

2017-ci ildə isə orduya 19 min 500 ədəd avtomat silahının verilməsi nəzərdə tutulur.

“MPT-76” NATO-nun standartlarına uyğun olaraq soyuq, isti hava şəraitində, qum, yağış, palçıq kimi ağırlaşdırılmış 42 testi xətasız olaraq müvəffəqiyyətlə keçib. ABŞ ordusunun istifadə etdiyi “M-16” silahı isə bu testlərin təxminən 25-indən keçə bilir.

7,62 çaplı “MPT-76” avtomat silahı Türkiyənin hər yerində və müxtəlif hava şərtlərində də yoxlamadan keçib. Silah -40 və +65 dərəcədə, su təzyiqi altında və palçıqda da işləmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi Türkiyə istehsalı olan “Milli Piyada Tüfəngi” “MPT-76” silahları ilə maraqlanır.

Anar
Gununsesi.info