MSK bələdiyyə üzvlərinin vəsiqələrini niyə vermir?

  • By admin
  • 15 Yanvar 2021 15:11

Azərbaycanda 23 dekabr 2019-cu ildə keçirilən Bələdiyyə seçkilərindən bu günə qədər Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə üzvlərinə iş vəsiqələrini verməyib.

Bu barədə  Gununsesi.org-a verilən məlumatda bildirilir.

Verilən məlumata görə, bunun səbəbi ilə bağlı yerli bələdiyyələr məsələ qaldırsa da, MSK bunu qulaqardına vurur.

Gununsesi.org məsələ ilə bağlı MSK-nın mövqeyini dərc etməyə hazırdır.

 

 Gununsesi.org