MSK Bəxtiyar Hacıyevin şikayətinə fevralın 18 də baxacaq

  • By admin
  • 16 Fevral 2020 17:43

MSK 29 saylı Səbail seçki dairəsi ilə bağlı deputatlığa namizədlərin şikayətinə fevralın 18-də baxacaq.

Gununsesi.org bildirir ki, bu barədə həmin  dairədən deputatlığa namizəd olan Bəxtiyar Hacıyev bildirib. MSK-dan ona bildirilib ki, ekspertlər təqdim etdiyi pozuntularla bağlı şikayətə sabah baxacaqlarını deyiblər.

B.Hacıyevin sözlərinə görə, 29 saylı Səbail seçki dairəsinin 9 deputatlığa namizədi elan olunmuş nəticələrdən şikayətçidir.

MSK həmin dairədən Nigar Arpadarainin qələbəsini tanıyıb.

 

 

Gununsesi.org