MSK DSK-nın qərarını qüvvədə saxladı

  • By admin
  • 22 Fevral 2020 19:46

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədlər Ziya Quliyev, Afiq İsrafilovun və digərlərinin müraciətinə baxılıb.

Gununsesiaz.info-nun xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar şikayətçilərlə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciəti hərtərəfli araşdırıb. Dairə üzrə seçki məntəqələrində pozuntular aşkar edilməyib”.

MSK namizədlərin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və bununla bağlı qərar qəbul edib.

 

 

Gununsesiaz.info