MSK parlament seçkilərinə dair geniş toplantı keçirəcək

  • By arzu
  • 06 Dekabr 2019 11:52

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Gununsesi.org-un xəbərinə görə, iclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

İclas sabah saat 14:00-da başlayacaq.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.