MSK sabah Rafael Cəbrayılovun istefasına baxacaq

Millət vəkili Rafael Cəbrayılovun deputat mandatından imtina etməsi ilə bağlı müraciəti Mərkəzi Seçi Komissiyasına daxil olub.

Gununsesi.org xəbər verir ki, müraciətə baxılması üçün sabah MSK-nın iclası keçiriləcək.

Qeyd edək ki, ötən gün R. Cəbrayılov Milli Məclisə müraciət edərək deputat mandatından istefa verib.

Gununsesi.org