MSK referendumun nəticələrini təsdiqlədi

  • By admin
  • 11 Oktyabr 2016 17:42

MSK

Bu gün Mərkəzi Seçki Komissiyasının 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun)  nəticələri barədə protokolu təsdiq edib.

Gununsesi.info məlumat verir ki, MSK-nın bu gün keçirilən iclasında təsdiq edilən protokolda qeyd edilib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz olub.

Referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb, 3 seçki məntəqəsində səsvermənin nəticələri tam, bir seçki məntəqəsində qismən ləğv edilib. Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktının 29 hissəsinin hər birinin lehinə səs verdiyindən Referendum Aktı qəbul edilib.

MSK üzvlərinin hamısı protokola imza atıb.

Gununsesi.info