MSK sədri ATƏT/DTİHB direktoru ilə görüşüb

  • By admin
  • 12 Oktyabr 2016 18:09
msk
 
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.
Bu barədə Gununsesi.info-ya MSK mətbuat xidmətindən məlumat verilib.
 MSK sədri görüş üçün təşəbbüsü yüksək qiymətləndirib.
 Qəbul üçün sədr M.Pənahova təşəkkürünü bildirən ATƏT/DTİHB-nin direktoru MSK ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və daha da inkişaf etdirmək istədiklərini bildirib və qeyd edib ki, bu cür görüşlər əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.
 
M. Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında, əldə olunan nailiyyətlərdə və qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir^
“Azərbaycanda hazırda mövcud olan hərtərəfli şərait və demokratik mühit seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsinə geniş imkanlar yaradır”.
 
Görüş çərçivəsində M.Link həmçinin M.Pənahovu bu ilin noyabr ayında Vyanada keçiriləcək seçki məsələlərinə həsr olunan tədbirə şəxsən dəvət etməkdən məmnunluğunu bildirib.
 
Görüşdə həmçinin qurumlar arasındakı əməkdaşlıqdan əldə olunmuş təcrübə müzakirə edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gununsesi.info