Namizədlər müraciətlərini ilk olaraq Dairə Seçki Komissiyalarına göndərməlidir.
Gununsesi.info APA – ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri qeyd edib ki, namizədlərə bunu çatdırmaq lazımdır: “Dairələr şikayətçilərin müraciətlərini hərtərəfli araşdırıb baxmalıdır. Şikayətçi dairənin qərarından narazı olsa, o zaman bizə müraciət edə bilər. Bizim bu gün təcili iclas çağırmağımızın səbəbi şikayətçilərə kömək məqsədi daşıyır”.
Gununsesi.info