MSK sədri:"Prezident seçkiləri ilə əlaqədar 17 beynəlxalq təşkilatlardan 115 müşahidəçi qeydiyyatdan keçib”

MSK sədri:


“Builki Prezident seçkiləri ilə əlaqədar 17 beynəlxalq təşkilatlardan 115 müşahidəçi MSK-da qeydiyyatdan keçib”.

Gununsesi.info-nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın bugünkü iclasında deyib.

O bildirib ki, seçkiləri izləyənlər arasında 36 ölkənin təmsilçiləri olacaq: “MSK-da qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 615, dairələrdə isə bu rəqəm 42 minə yaxındır”.

 

Gununsesi.info

COMMENTS