MSK saat 10.00-a olan seçici fəallığını AÇIQLADI

  • By admin
  • 11 Aprel 2018 10:40

Azərbaycanda keçirilən prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.

Gununsesi.info-nun məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 10:00-a qədər 994196 nəfər səs verib.

Onun sözlərinə görə, seçkidə 18,71 faiz seçici səs verib.

Qeyd edək ki, seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.

Gununsesi.info