MSK-nın saytı niyə işləmir? - SEÇİCİ SİYAHILARI YOXA ÇIXIB

  • By admin
  • 05 Fevral 2021 17:23

Ölkə seçicilərinin siyahılarının dərc edildiyi Azərbaycan MSK-nın rəsmi infocenter.gov.az saytına giriş üç aydır bağlıdır. MSK heç bir açıqlama vermir. MSK-nın mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.

MSK üzvlərindən birinin Turan-a verdiyi məlumata görə, pandemiya ilə əlaqədar martdan etibarən MSK sədri istisna olmaqla, bu qurumun əməkdaşları məsafədən işləyir. Bu arada, seçicilərin siyahısı üzərində iş daimi olmalı və vətəndaşların yaşayış yeri üzrə qeydiyyat ünvanındakı dəyişiklikləri əks etdirməlidir.

Siyahılarla tanış ola bilməyən vətəndaşlar yeni qeydiyyat yeri üzrə qeydiyyata alınıb-alınmadıqlarını izləyə bilmirlər.