
Xarici müşahidəçilərin akkreditasiya ilə bağlı seçkiyə 20-25 gün qalmış MSK-ya müraciət edəcəkləri gözlənilir.
Gununsesi.info MSK-ya istinadən xəbər verir ki, indiyədək heç bir xarici təşkilat referendumu müşahidə məqsədi ilə qeydiyyatdan keçmək istədiyini quruma bildirməyib.
Belə ki, referendumla bağlı seçkiləri müşahidə etmək üçün ölkəmizə gəlməsi gözlənilən xarici nümayəndə və müşahidəçilərin akkreditasiyaya edilmələriylə bağlı hələki heç kim tərəfindən MSK-ya müraciət olunmayıb.
MSK-dan verilən məlumata görə, xarici müşahidəçilərin müraciət edəcəkləri tarixi artıq bəllidir.
Qeyd edək ki, sentyabrın 26-da Konstitusiya dəyişikləri ilə bağlı Azərbaycanda ümumxalq referendumu baş tutacaq.
Gülnaz Qənbərli
Gununsesi.info