MTN generalı kimləri ifşa edəcək? -MƏHKƏMƏ BAŞLAYIR

  • By admin
  • 11 İyun 2016 11:20

 

veli1

“Vəli Ələsgərov məhkəmə prosesində həbsinin əsl səbəblərini açıqlayacaq”.  Gununsesi.info xəbər verir ki, bu sözləri “Azadlıq”a Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili Vüqar Xasayev deyib. Vəkil bildirib ki, Vəli Ələsgərov barəsində Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə yanlış məlumatlar verilib. Vüqar Xasayevin sözlərinə görə, Vəli Ələsgərova bu məlumatları kimlərin verdiyi bəllidir: “Vəli Ələsgərov həmin şəxslərin də adlarını açıqlayacaq. Həmçinin həbs olunan zaman onun və ailəsinin başına gətirilənlərdən danışacaq”.

Vüqar Xasayev Vəli Ələsgərovun məhkəməsinin qapalı keçirilməsinə də münasibət bildirib. Vəkil bildirib ki, işdə ailə-məişət sirrinin olduğunu əsas gətirərək belə qərar qəbul ediblər: “Əslində isə orada bir sirr yoxdur. Məhkəmənin qapalı keçirilməsi proses zamanı üzə çıxacaq məlumatları ictimaiyyətdən gizlətməyə xidmət edir. Əgər ailə-məişət sirrinin yayılmasından bu qədər narahatlıq varsa, prosesi həmin hissədə qapalı keçirə bilərdilər. Söhbət özlərinin istəmədikləri məlumatların ictimaiyyətdən gizlədilməsindən gedir”.