MTN-nin həbsdəki generalının qohumları təkzib edir -SÜBAHİR QURBANOVUN KOMMUNAL BORCU YOXDUR

  • By admin
  • 05 Fevral 2017 17:22

MTN

 

Bir neçə gün əvvəl Gununsesi.info Eldar Mahmudov və generalları kommunal xərclərdən azad imiş- SAYĞACSIZ VİLLALARIN AĞLSASIĞMAZ BORCLARI” başlıqlı xəbər yayıb. Qeyd edək ki, həmin xəbərdə MTN-nin rəhbərliyinə daxil olan nazir və onun bir neçə generalının özlərinə məxsus bağ evlərində, villalarında “Azərişıq”, “Azəriqaz” və “Azərsu”-ya pul ödəmədikləri və adıçəkilən kommunal təşkilatlarına ağlasığmaz borclarının olmasından bəhs edilir. Xəbərdə o da qeyd olunur ki, MTN vəzifəliləri adıməkilən qurumların onlara məxsus əmlaklarda sayğac qurmasına belə izn verməyib.

Həmin xəbərdə MTN-nin ransmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor  Sübahir Qurbanovun da adı çəkilir.

Adıçəkilən generalın qohumlarından olan Sakit Həmidov  redaksiyamıza müraciət edərək, Sübahir Qurbanovun dövlətin kommunal təşkilatlarına hər hansı borcu olmadığını deyib. Onun sözlərinə görə, Gununsesi.info-da bu barədə xəbərin yayılmasından sonra genera və ailə üzvlərinə məxsus mənzillərdə araşdırma aparıb və yazılanlar təsdiqlənməyib.

 

Gununsesi.info