MTN-nin “məşhur” jurnalisti həbs edildi - GUNUNSESİ.İNFO-NUN XƏBƏRİ TƏSDİQLƏNDİ: HABİL VƏLİYEV HƏBSDƏ

  • By admin
  • 06 Dekabr 2016 21:55
habil
Gununsesi.info Moderator.az-a istinadən xəbər verir ki, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev həbs olunub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının xüsusi əməliyyatları nəticəsində Azərbaycan mətbuatının adına qara ləkə olan “baş redaktor” vətəndaşları və məmurları şantaj etməkdə təqsirləndirilir.
elchineldar

Hələ 2-3 ay əvvəl Gununsesi.info Azərbaycan mediasına utanc gətirən, sahibkarlara, məmurlara qarşı “reketçilik” fəaliyyəti ilə məşğul olan “reket jurnalist” Habil Vəliyevin həbs ediləcəyinə dair informasiya yaymışdı.

Həmin informasiya ilə bu linkdə tanış ola bilərsiniz:

“Reket jurnalistlər”in həbsi başlayır  

Vaxtilə, Milli Təhlükəsizlik Nazirliyinin “çətiri” altında olan “Gündəlik Bakı” adlı reket media orqanını nə məhkəmələr, nə də başqa qurumlar cilovlaya bilirdi. Hətta bir zamanlar “Gündəlik Bakı”nı “qara siyahı”ya daxil edən MŞ sədri Əflatun Amaşov belə onun təhqir və şantajları qarşısında geri çəkilmişdi.

MTN-nin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin və müavini İlqar Əliyevin himayəsi altında fəaliyyət göstərən bu qəzetdə nazirliyin pul almaq istədiyi adamlar barəsində müxtəlif səpkili böhtanlar yayılıb.

ilqar