Ləğv edilmiş MTN-in generalı, hazırda mühakimə olunan E.Q-in və A. M-in cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş şəxslər ilginc açıqlamalar veriblər.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, ləğv edilmiş MTN-nin sabiq işçiləri zorlama işlərindən də pul qazanırmışlar. Belə ki, 2015-ci ilin sentyabr ayında E.T-in tanışı S. B-nı zorlaması barədə sonuncunun ərizəsi əsasında MTN-nin vəzifəli şəxsləri tərəfindən fiziki zor tətbiq edilərək, həbs ediləcəyi, rüsvay olunacağı ilə hədələnib və rüşvət kimi pul istənilib.
Ləğv edilmiş MTN-nin sabiq əməkdaşları tərəfindən fiziki zor tətbiq edilərək həbs ediləcəyi və rüsvay olunacağı ilə hədələnməsi, cinayət məsuliyyətinə cəlb olunması üçün E.T-dan rüşvət kimi pul verməsinin istənilməsi faktı Bakı şəhəri Sabunçu rayon prokurorluğunda aparılan aradırma zamanı aşkar edilərək, bu barədə toplanmış material 25.12.2015-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olub, hərtərəfli yoxlanılarkən öz təsdiqini tapıb.
Belə ki, daxil olan materialdan görünür ki, ləğv edilmiş MTN-in vəzifəli şəxslərindən ibarət mütəşəkkil dəstə üzvləri 2015-ci ilin sentyabr ayında Bakı şəhərində fəaliyyət göstərən “Ankara klinikası” özəl tibb müəssisəsində həkim-pediatr vəzifəsində işləyən E.T-in yaxın münasibətdə olduğu Ş.B-un arvadı S.B-nı zorlaması barədə Ş.B tərəfindən MTN-ə ünvanlanmış və araşdırılması funksional vəzifə səlahiyyətlərinə aid olmayan ərizədən istifadə edərək, E. T-in külli miqdarda pul vəsaitini ələ keçirmək üçün iradəsi əleyhinə, məcburən keçmiş MTN-nin inzibati binasına gətirdikdən sonra fiziki və psixi zorakılıq tətbiq edərək S.B-nı zorlamaqda ittiham edib, barəsində cinayət işi başlanacağı və həbs olunacağı ilə hədələyib, ondan külli miqdarda pul verməsini tələb ediblər.
Bakı şəhəri Sabunçu rayon Prokurorluğunda aparılan araşdırma zamanı zorlanma faktı təsdiqlənmədiyi üçün 03.12.2015-ci ildə ərizə üzrə cinayət işinin başlanması AR CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilib, ləğv edilmiş MTN-nin vəzifəli şəxslərindən ibarət mütəşəkkil dəstə üzvlərinin törətdikləri cinayət əməlləri hissəsində toplanmış material aidiyyatı üzrə AR Baş Prokurorluğuna göndərilərək 152006057 saylı cinayət işinin istintaq materialına əlavə olunub və araşdırma zamanı öz təsdiqini tapıb.
İş üzrə şahid qismində dindirilmiş S.B ifadəsində bildirib ki, tanışı E.T tərəfindən zorlanması barədə əri Ş.B-un 06 oktyabr 2015-ci ildə keçmiş MTN-ə ərizə ilə müraciət etdiyini, bununla əlaqədar həqiqətən də MTN-də araşdırma aparıldığını, onun və həyat yoldaşının həmin nazirliyə dəvət olunaraq giriş qapısınını yanında olan otaqda, ikinci mərtəbədə adını bilmədiyi bir şəxs tərəfindən ifadəsi alındığını, izahatlarını almış şəxsin adını və vəzifəsini bilmədiyini, lakin sonra isə izahatlarını almış həmin şəxsin onun həyat yoldaşına zəng edərək ərizələrində göstərdkləri xüsususatların MTN-nin səlahiyyətlərinə aid olmadığını, ərizənin baxılması üçün prokurorluğa göndəriləcəyini bildiridyini, bundan sonra isə Bakı şəhəti Sabunçu rayon Prokurorluğunda araşdırma aparıldığını, araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini , E.T-in MTN-ə dəvət edilib-edilməməsi barədə heç bir məlumatının olmadığını, MTN-də onun və həyat yoldaşı Ş.B-un izahatını almış şəxsin vəzifəsini və adını bilmədiyini göstərib.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış E.T ifadəsində 07 sentyabr 2015-ci ildə A.M adlı şəxs tərəfindən keçmiş MTN-ə aparıldığını, orada S.B adlı xanımı zorlaması barədə ərizənin olduğunu, onu zorlamağı etriraf etməsi barədə izahat yazmasını tələb etdiklərini, yazmadığı üçün A.M, Xalid və adını bilmədiyi şəxs tərəfindən döyüldüyünü, daha sonra azad olunması müqabilində A.M-un ondan 50 000 manat tələb etdiyini, onun həmin məbləğdə pulu olmadığını bildirdikdə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin yanına apardıqlarını, sonuncunun onua hədə-qorxu gəldiyini, daha sonra Azərlə bir həftə ərzində 30 000 manat verəcəyi ilə razılaşdıqlarını, MTN-dən çıxdıqdan sonra tanışı Aydın Ağayevlə görüşdüyünü , A.A-in onunla birlikdə MTN-ə gələrək, A. M-ə zəng etdiklərini, MTN-nin qarşısında görüşdüklərini, Azərin ilkin olaraq razılaşdıqları 30 min manat pulun hökmən gətirilməli olduğunu bildirsə də, sonradan hər hansı məbləğdə pul lazım olmadığını bildirməsini , daha sonra isə zəng edərək, 10 000 manat gətirməli olduğunu bildirməsini, 17 oktyabr 2015-ci il tarixdə sabiq nazir Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra MTN əməkdaşları onunla əlaqə saxlamadığını göstərib.
Cinayət işi üzrə şahid qismində əlavə dindirilmiş E.T istintaq verdiyi əvvəlki ifadəsini təsdiqləməklə yanaşı, verilmiş suallara cavab olaraq təsdiq edib ki, ona qarşı qanunsuz hərəkətlərə yol verilib, ləğv edilmiş MTN-də A.M adlı əməkdaş onu döyəndə həmçinin, hədələyirmiş ki, istəsə onun dediklərini etməsə, avtomaşınından silah və narkotik maddələr aşkar olunacaq, xarici ölkələrin agenti olmağında onu ittiham edəcəklər. Məqsədi də E.T-i “sındırmaq”, özünə tabe edərək istədiyi məbləğidə pulu ondan almaq olub.
İş üzrə şahid qismində dindirilmiş M.A eyni məzmunlu ifadə verərək E.T-in göstərdiklərini təsdiqləməklə keçmiş MTN-nin vəzifəli şəxsi olmuş A.M-la ilk görüşü zamanı sonuncunun 30 000 manatı gətirib-gətirmədiyini soruşduğunu, həmin pulun hökmən çatdırılmalı olduğunu bildirdiyini, özünün Naxçıvanlı olmaqla Eldar Mahmudovun pul yığanı olmasını deməsini, onların azərə pul verməyəcəyini gördükdən sonra hər hansl məbləğ lazım olmadığını bildiridyini, daha sonra isə zəng edərək 10 000 manat gətirməsini bildirdiyini, 17 oktyabr 2015-ci ildə sabiq nazir E.Mahmudovun vəzifəsindən azad olunmasından sonra MTN əməkdaşları onunla əlaqə saxlamadığını göstərib.
Gununsesi.info