“Space” Radiosunun sentyabrın 29-da fəaliyyət göstərməməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə borcu ilə əlaqədar olub”.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli mətbuata açıqlamasında deyib.
Radionun artıq fəaliyyətini bərpa etdiyini deyən N. Məhərrəmli bildirib ki, bu, İstehsalat Birliyi ilə “Space” radiokampaniyası arasında olan texniki məsələylə bağlıdır.
Gülnaz Qənbərli
Gununsesi.info