Müəllim ailəsini repetitorluqla saxlayacaqsa,onda təhsili, elmi kim saxlayacaq? - BAHALAŞMA HƏR ŞEYİ ƏHATƏ EDİR

  • By admin
  • 21 Noyabr 2017 22:20
Gələn ilin dövlət büdcəsi ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə iqtisadçı millət vəkili Əli Məsimlinin nitqi digər həmkarlarından xeyli fərqlənib. 
Gununsesi.info Əli Məsimlinin çıxışının aktuallığını nəzərə alıb onu təqdim edir:
2018-ci ilin dövlət büdcəsınə, son illərin geriləmələrindən sonra, gələn il 1,5% iqtisadi artımın gerçəkləşməsi şansının yetrincə olması,islahatlara,məcburi köçkünlərin problemlərinin həllinə və kənd təsərrüfatına əlavə vəsaitin ayrılması baxımından müsbət qiymətləndirmək olar. 2018-ci ildə neftin qiyməti proqnozlarda götürülmüş 45 dollardan aşağı ensə belə, bundan dəyə biləcək ziyanın miqyasından asılı olmayaraq hökumət büdcə çərçivəsinə cəmiyyət qatşısında götürdüyü öhdəliyi yerinə yetirə bilər.
Bununla belə gələn ilin büdcəsi təsdiq olunana qədər nəzərə alınıb düzəldilməsi və gələcəkdə nəzərə alınması zəruri olan bir neçə məqama toxumnağı vacib hesab edirik:
1.2015-ci ilə qədər azı son 10 ildə dünya iqtisadiyyatından 3-4 dəfə sürətlə artan Azərbaycan iqtisadiyyatının gələn il dünya iqtisadiyyatından 2 dəfə aşağı templə (1,5 %) artacağı proqnzlaşdırılır və 2021-ci ilədək də Azərbaycan iqtisadiyyatının orta illik artım templərinin proqnozları(3%)dünya iqtisadiyyatınln artım proqnozlarndan (3,5%) aşağıdır.Hökumətin siyasətində orta perspektivdə iqtisadi artım templərimizin orta dünya göstəricələrindən yüksək hədəfləndirməməsini mənfi qiymətlədiririk. Bu faktlar onu göstərir ki, iqtisadi və sosial göstəricilərimiz potensialımız səviyyəsinə çatdırmaqdan ötrü Azərbaycanda ciddi islahatlara ehtiyac var.
2. 2018-ci il və ondan sonrkı illər üçün MDB-nin əsas neft ölkəsi olan Rusiya-ucuz neft və zəif rubl siyasəninə,ikinci neft ölkəsi Qazaxıstan -ucuz neft və nisbi sabit tenge siyasəninə əsaslanır. Azəbaycan isə ucuz neft və qeyri-müəyyən manat siyasətinə əsaslanır. Manatın 2018-ci il və sonrakı illlər üçün proqnozları məlum olmayan şəraitdə ölkəmizə ciddi investorların gəlməsi və sərmayə qoyması müşkül məsələdir. Ona görə də gələn il orta perspektivə manatın dollara olan nisbətinin proqnozları büdcə zərfində öz əksini tapmalıdır.
3.Postsovet məkanın aid olan 3 əsas neft ölkəsindən ikisində-Rusiya və Qazaxıstanda 2018-ci il və ondan sonrakı illlərin büdcəsinin əsasına qoyulan əsas prinsiplər- həmin ölkələrin iqtisadiyyatının neftdən asılılığını azaltmaq və fiskal dayanıqlıqdır. Azərbaycanda da 2013-cü ildən sonra iqtisadiyyatın və büdcənin neftdən asılılığınn azaldılması siyasətinə keçmişdi. Amma təəssüf ki, yenidən 2018-ci il büdcəsinin əsasına qoyulan əsas prinsip büdcənn və ölkə iqtisadiyyatının neftdən asılılığını gücləndirməkdir.Hökumətin yenidən kohnə siyasətə qayıtmasını mənfi qiymətləndiririk. Fikrimizcə,geopolotik vəziyyətin qarmaqarışıq olduğu və neftin qiymətinin proqnozlaşdırılmasının getdikcə daha da çətinləşdiyi hazırkı mərhələdə büdcələrini, iqtisadiyyatlarını və milli valyutalarını xarici konyukturdan, xarici şoklardan asılılığını azaltmaq siyasəti yeridilməlidir.Bundan ötrü digərşərtlərlə yanaşı həm də Neft Fondundan budcəyə transfertləri azaltmaqdan ötrü Strateji Yol xəritəsinədə öz əksini tapan “qızıl qayda”nın tətbiqi sürətləndirilməlidir.
4.Azərbaycanın 2018-ci il üzrə büdcə layihəsinin təqdimat sənədlərində göstərilib ki: « 2018-ci ildə də dövlət büdcəsinin sosialyönlülüyünün davam etdirilməsi,əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdfiəsinin gücləndirilməsi əsas prioritet istiqamət alaraq saxlanılır».
Əslində isə əsas prioritet istiqamət adlandırılan sosialyönlü xərclər,yəni əməyin ödənişi,pensiya və müavinət, dəman,sarğı ləvəzimatları və ərzaq məhsullarının alınmasına çəkilən xərclər 148 milyon manat və ya cəmi 2,2 faiz artaması nəzərdə tutulub.
Əsaslı xərslər isə gələn il 2481 milyarda manat və ya 46 faiz artırılır.Əsaslı xərslərin artım tempi əsas prioritet istiqamət adlandırılan sosialyönlü xərclərin artım tempini 16,6 dəfə üstələyir. Yəni gələn ilin büdcəsində sosialyönlü xərclərin 1 manatlıq artımına 17 manatlıq əsaslı xərc artımı düşür. Əsaslı xərslərin artım tempinin büdcə xərclərinin artım tempini 2,8 dəfə üstələməsi fonunda sosialyönlü xərclərin artım tümpi büdcə xərclərinin artım tempindən 7,5 dəfə geri qalır. Bunun harası dövlət büdcəsinin sosialyönlülüyünün davam etdirilməsi oldu?
Dövlət büdcəsinin sosialyönlülüyü barədə sözdə deyilənlər işdə adekvat əksini tapa bilmədiyindən, qibtəyə layiq potensiala malık Azərbaycanda orta aylıq əmək haqqı 526 manat( 310 dollar) təhsil sahəsində çalışanların orta maaşı 307 manat(177 dollar),səhiyyə sahəsində çalışanların orta maaşı 215 manat ( 126 dollar),elmi –texniki sahədə çalışanların orta maaşı 887 manat( 522 dollar) göstəriləsə də, Elmlər Akademiyasında kiçik elmi işçı 206-218 manat( 128 dollar) elmi işçi- 230-242 manat ( 142 dollar),böyük elmi işçi- 242-254 manat( 150 dollar),baş elmi eşçi-352 manat( 217dollar),şöbə müdiri 450 manat ( 265 dollar) maaş alır. Bu elmi kadrları, xüsusən də gəncləri elmdən uzaqlaşdırmaq deməkdir. Əgər müəllim, alim ailəsini repetitorluqla saxlayacaqsa,onda təhsili,elmi kim saxlayacaq?
Aidiyyatı orqanların inflyasiya barədə burda söylədikləri yarımçıq xarakter daşıyır. Hazırda Azərbaycan iqtisadiyyatında ikirəqəmili inflyasiyanın olmasının iqtisadi əsası yoxdur.Bu il inflyasıya 14 faiz, ərzqaq məhsullarının qiymətləri isə 18 faiz, əslində daha çox artıb.Artan təkcə yağın qiyməti deyil, bütün əsas məhsulların qiymətləri artır və bu da əhalinin güzərana ciddi mənfi təsir edir.Qiymət artımının yarıdan çoxu monopoliyanın törətdiyi süni qiymət artımıdır. İstehlak qiymətləri 5 faizdən çox artanda bu həm də əmək haqqlarının artımında da da öz əksini tapmalıdır.
2018-ci il- Azərbaycan Xalq Cümhuriyytinin yaranmasının 100-cü ildönümü tarixi digər məsələrlə yanaşı həm də əhalinin sosial vəziyyətində də müsbət iz buraxmalıdır. Ona görə də ciddi islahatlar proqramı həyat keçirməklə büdcə təşkilatlarında çaılışanların maaşlarınn nəzərəçarpan dərəcədə qaldırılmaısına ehtiyac var. Biz maaşlar, pensiyalar və müavintlərin qaldırılması deyəndə, 5-10 gündən sonra onların maaşlarını süni qüiymət artımı vasitəsilə əllərindən alınmasını nəzərdə tutmuruq. Aidiyyatlı orqanlar bu məsələyə məsuluyyətlə yanaşmalıdırlar ki, maaş artımı monopoliyanın cibinə yox, əhalini rifahının artmasına yönəlsin.
5.Əgər Mərkəzi Bank uçot dərəcəsini 15 faiz səviyyəsində saxlayırsa, büdcə siyasəti Mərkəzi Bankın yeritdiyi ifrat sərt pul-kredit,eləcə də hökumətin indiki fiskal siyasəti ilə vəhdət təşkil edəcəksə,onda büdcənin iqtisadi artımı stimullaşdıran funksiyası işlməyəcək və faktiki surətdə iqtisadi artımın sürətlənməsinə mane olacaq.Ona görə də sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında xüsusi prezident Fərmanına uyğun olaraq 2018-ci ilin büdcəsinin istehsalı stimullaşdırmaq funksiyası sürətləndirilməlidir. Məsələn, 15 faizə təklif olunan kreditin 7 faizini sahibkar, qalan 8 faizini də xüsusi fonddan ödənilsə,bu üsulla istehsalla məşğul olan sahibkarlara milyardlarla əlavə kredit verib,yerlərdə istehsalı xeyli genişləndirmək olar.
6. Problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğrü gedir. Hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün,hər hətfə,hər ay özünün də bu problemi həll etmək şansını da itirməkdədir…. Amma maliyyə-bank sistemini iflic vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər,xüsusn də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir.
Gununsesi.info