Müəllim olmaq istəyən daha 2496 namizəd biliyini sınayacaq

  • By admin
  • 16 İyul 2021 11:28

Bu gün müəllimlərin işə qəbulla bağlı imtahanı keçirilir.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, iyulun 16-da texnologiya və fiziki tərbiyə fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

Qeyd olunan fənlər üzrə 2496 namizədin imtahanlarda iştirakı gözlənilir.