İsveçdə müəllimin şagirdlərinə verdiyi ev tapşırığı etiraz doğurub. Müəllim orta məktəb şagirdlərinə “hipotetik terror hücumu planlaşdırmaq” tapşırığı verib, buna görə də vəzifəsindən uzaqlaşdırılıb.
Gununsesi.info bildirir ki, İsveç mətbuatında yer alan xəbərlərə görə, ölkənin cənubundakı Jönköping şəhərində liseydə işləyən müəllim şagirdlərinə “hipotetik terror hücumu planlaşdırmaq” tapşırığı verib.
Orta məktəb şagirdlərinə verilən ev tapşırığı ilə bağlı məlumat alan təhsil rəsmiləri müəllimlə bağlı polisə şikayət etdiklərini açıqlayıb.
Məktəb rəhbərliyi müəllimi işdən uzaqlaşdırdıqlarını və məsələ ilə bağlı araşdırma başlatdıqlarını bildiriblər.
Gununsesi.info