Müəllimi döyən şəxs həbs edilib

Dünən sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib. Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.
Gununsesi.info bildirir ki, bu barədə DİN sözçüsü Elşad Hacıyev açıqlama yayıb.
Açıqlamada daha sonra deyilir:

Fakt üzrə Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən CM-in 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.

HTML tutorial

Günay
Gununsesi.info