Müəllimlər hansı halda işdən azad olunacaq? – RƏSMİ CAVAB

Heç bir halda müəllimlərin işdən çıxarılmasından söhbət getmir. Sertifikatlaşmanın test və müsahibə mərhələləri var. Bu il sertifikatlaşmanın test mərhələsində uyğun nəticə toplaya bilməyən müəllimlər öz işlərində davam edəcəklər.

Gununsesi.info xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

HTML tutorial

C.Valehov qeyd edib ki, həmin müəllimlər növbəti il ərzində təkrar serifikatlaşmada iştirak edə biləcəklər: “Bu müddət ərzində isə həmin müəllimlər müxtəlif dəstək proqramları ilə təlimləndiriləcəklər”.

Nazirlik rəsmisi təkrar sertifikasiyadan keçə bilməyən müəllimllərin işdən azad olunması məsələsinə baxıla bilər: “İndiki halda, gələn ilin yay ayına qədər müəllimlərin işdən azad edilməyəcək”

Gununsesi.info