
“Azərbaycan Dövlət Pedoqoji Universitetinə birləşdirilən Azərbaycan Müəllimlər İnstitutunda çalışan müəllimlərin hamısı işlə təmin olunacaq. Onlar arasında ixtisar olmayacaq”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə amıqlamasında Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) yeni rektoru Cəfər Cəfərov deyib.
AMİ-nin ADPU-ya birləşdirilməsi işlərinin tam olaraq yekunlaşdığını deyən C.Cəfərov qeyd edib ki, hazırda ADPU-da təhsil alan ümumi tələbələrin sayı Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə birlikdə təxminən 20 mindir. Onun sözlərinəgörə, builki məzunlar nəzərə alınsa, bu rəqəm bir az azalacaq: “Çünki qəbul planında müəyyən dəyişikliklər edilib.”
Gununsesi.info