Müəllimlər iş yerini dəyişdirmək üçün imtahan verəcəklər

  • By admin
  • 14 İyun 2016 15:25

Muellimlerin imtahani

 

İyunun 16-sı və 17-də Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan və ya şəhərdən digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları keçiriləcək. Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məumata görə, müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2 min 107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir. İmtahanların keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndərilib.

Gülnaz Qənbərli