Mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik. Hazırda konseptual mərhələdəyik.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev söyləyib.
“Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin.
Nazir qeyd edib ki, müəllimin öz əməkhaqqısını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm də doğru deyil və bu mütləq mənada dəyişdirilməlidir:
“Bu məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır. Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın”,-deyə E.Əmrullayev fikrini tamamlayıb.













