“Bu gün Lənkəran şəhəri 7 nömrəli tam orta məktəbdə MİQ imtahanına girmişəm. İmtahan suallarını oxuyub cavablandırmağa çalışarkən, aşağıdakı faktlarla üzləşdim:
1) MİQ çərçivə sənədinə daxil olmayan mövzular vardı. Məsələn: Ənvər Məmmədxanlının “Qızıl qönçələr”əsəri
2)Sabir Əhmədlinin “Dərs” əsərində test sualında təqdim olunan obraz yox idi.
3)Vasitəsiz nitqdə durğu işarələri ilə bağlı tərtib olunan test tamamilə yanlışdır.
4)Feilin növləri ilə bağlı verilən sualın analizi zamanı doğru nəticəyə gəlmək mümkün deyildir.
5)Mətnə aid suallardan bir mətn var idi, bir cümlədən ibarət idi, ucu-bucağı yox idi.(Burda fikir tamamlanmazmı)
6) Ədəbiyyatda ikibaşlı cavablar. Məsələn:Koroğlu və Qazan xanla bağlı oxşar və fərqli cəhətlər soruşulur. Cavab isə yox idi”.
Bunu Gununsesi.info-ya açıqlamasında MİQ imtahanlarının iştirakçısı Leyla Rüstəmova deyib.
Onun sözlərinə görə, müasir təlim üsullarına görə asan, orta, çətin olmaq üzrə məlum olan faizlərlə paylanması düzgün deyildi:
“Əslində burda xaos vardı. Bu hadisə 2021-ci ildə də təkrarlanmışdı. Şikayətlərimizi nəzərə alaraq nəticələrimiz ləğv olunmuş,imtahan yenidən təşkil olunmuşdu. Amma əvvəlki imtahandan cüzi fərqlə fərqlənirdi.
Yenidən nəticələrimizin ləğv olunmasını, imtahanın yenidən təşkil olunmasını tələb edirəm. Xahiş edirəm ki, bu işdə müəllimlərə köməklik göstərəsiniz”.
Gununsesi.info