Müəllimlər təhsil eksperti statusu ala bilər

  • By admin
  • 20 Dekabr 2021 13:48

Gununsesi.info xəbər verir ki, İnstitutun direktoru Rüfət Əzizov jurnalistlərə açıqlamasında müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə təhsil eksperti adının verilməsinin nəzərdə tutula biləcəyini deyib.

Onun sözlərinə görə, bu istiqamətdə araşdırmalar aparılır: “Jurnalistlər tərəfindən çoxlu müraciətlər olur ki, təhsil eksperti kimdir və Təhsil İnstitutu tərəfindən kiməsə bu status verilibmi? Bizim də cavabımız odur ki, belə bir adı biz heç kimə verməmişik. Ümumiyyətlə, müəyyən etməmişik ki, təhsil ekspertinin profili nədən ibarətdir. Lakin bu istiqamətdə tədqiqatlarımız davam edir. Müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə təhsil eksperti adının verilməsi də nəzərdə tutula bilər”.

HTML tutorial

“Bir tələbə universitetdə təhsil alır və sertifikasiya prosesindən keçərək müəllim statusu alır. Müəyyən bir müddətdən – 3 və ya 5 il sonra baş müəllim, metodist və nəhayət, ekspert ola bilər. Bu pillələrin hər birində müəyyən müsahibələr, səriştələrin müəyyənləşdirilməsində proses ola bilər və bu da müəllimlərin peşəkar karyerasına təsir göstərmiş olar. Hesab edirəm ki, tədqiqatlar nəticəsində proseslər dəqiqləşəndən sonra bu sahəyə daha çox maraq olacaq. Biz bunun qarşısını almaq yox, təşviq etmiş olacağıq. Bu zaman bilinəcək ki, necə təhsil eksperti olmaq olar və bunun üçün daha çox insan müraciət edəcək. Biz təhsil ekspertlərinin çox olmasının tərəfdarıyıq”, – R.Əzizov bildirib.

Gununsesi.info