Müəllimlər üçün əlavə yerləşdirmə aparılacaq

  • By admin
  • 31 Avqust 2016 13:53

tehsil

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, 3-5 sentyabr 2016-cı il tarixlərində müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, təklif edilən vakant yerləri seçə bilərlər.

Əlavə yerləşdirmədə əvvəlki seçim zamanı tutulmamış 1558 yer və müsabiqə başa çatandan sonra yaranan yeni vakansiyalar elan ediləcəkdir.

Əlavə yerləşdirmə başa çatdıqdan sonra vakant yeri tutmaq hüququ əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Qeyd olunan mərhələdən uğurla keçən namizədlər müəllim adını qazanacaqlar.

 

Anar

Gununsesi.info