Müəllimlər üçün “Yay məktəbi” - FOTO

  • By admin
  • 06 İyul 2017 14:10

07

Müəllimlər üçün təşkil olunan “Yay məktəbi” davam edir.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən reallaşdırılan proqramın əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdan ibarətdir.

“Yay məktəbi”ndə müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, dərsin planlaşdırılması, sinfin idarəedilməsi və digər mövzularda nəzəri, praktik biliklər qazanırlar.

Qeyd edək ki, “Yay məktəbi”nin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Anar

Gununsesi.info