“Müəllimlər üstlərində silah gəzdirə bilərlər”- TRAMPDAN YENİ TƏKLİF

“Müəllimlər üstlərində silah gəzdirə bilərlər”

ABŞ prezidenti Donald Tramp məktəb müəllimlərini silahlandırmağı təklif edib.

Gununsesi.info xəbər verir ki, Tramp bundan əlavə bildirib ki, silahla davranmağı bacaran sabiq hərbi qulluqçular mühafizəçi kimi təhsil müəssisələrinə işə cəlb etmək lazımdı.

“Müəllimlər, belə deyək, üzərilərindəki silahı gizli şəkildə daşıya bilərdilər. Onlar xüsusi təlim keçərdilər. Onlar məktəbdə olardılar və məktəbdə daha silahdan azad zonalar olmazdı”, – Tramp bildirib.

Prezident qeyd edib ki, cinayətlər belə “azad zonalarda” baş verir, çünki cinayətkarlar onlara cavab atəşinin açılmayacağını bilərək o yerləri seçirlər.

Gununsesi.info

COMMENTS