Müəllimlərin əməkhaqqlarının artırılmasına 71 milyon manat ayrılacaq - NAZİR

  • By admin
  • 07 Noyabr 2017 12:10

Müəllimlərin əməkhaqqlarının artırılmasına 71 milyon manat ayrılacaq.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin komitələrinin birgə iclasında  2018-ci ilin büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi prosesinin davamı, onların əməkhaqlarının artımı üçün 2018-ci ilin büdcəsində 71 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Nazir onu da bildirib ki, kənd, meşə təsərrüfatı və balıqçılığın inişafı üçün 656 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu 2017-ci illə müqayisədə 139 milyon manat artıqdır.

Mürtəza

Gununsesi.info