Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb

  • By admin
  • 09 Sentyabr 2017 13:54

muellimler08.17

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, sentyabrın 7-dən başlayan proses sentyabrın 8-i saat 24:00-dək yekunlaşıb.

Əlavə yerləşdirmədə müsabiqədə müvafiq keçid balı toplamış və vakansiya tutmaq hüququ qazanmayan namizədlər iştirak edib.

Bu il əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunub. Nəticələr gələn həftə ərzində elan ediləcək.

Gununsesi.info