Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiya prezidenti Putini ən çox dəstəkləyən şəxslərdən biri, jurnalist Zoya Konovalova keçmiş həyat yoldaşı ilə birlikdə evində ölü tapılıb.
Gununsesi.info xəbər verir ki, Rusiya rəsmiləri hadisə ilə bağlı araşdırma başlatarkən, bunun şübhəli bir ölüm olduğunu və Konovalovanın zəhərlənmiş ola biləcəyini açıqlayıblar.
Səlahiyyətlilər cəsədlərin yanında “toz maddə” tapıldığını da açıqlayıb. Rusiya İstintaq Komitəsinin sözçüsü, “Cəsədlərdə görünən xəsarət aşkarlanmayıb. İlkin məlumata görə, ölümün səbəbi naməlum maddədən zəhərlənmədir” deyib.
Konovalovanın həmkarları və qohumları bu iddiaları təkzib edərək, gənc qadının həyatı boyu narkotikdən istifadə etmədiyini bildiriblər. Səlahiyyətlilər həmçinin bildiriblər ki, Konovalova və onun keçmiş əri ən azı 24 saat sonra tapılıb.
Zoya Konovalova Kuban dövlət televiziya və radio yayımı şirkətinin internet qrupunun rəhbəri vəzifəsində işləyirdi.
Ötən ay Putinin sevimli qəzetlərindən olan “Komsomolskaya Pravda”nın redaktor müavini Anna Tsareva şübhəli şəraitdə öldürülüb. Tsarevanın keçmiş rəhbəri Vladimir Sunqorkin də ötən il ürək tutmasından vəfat edib.
Gununsesi.info