Müəmmalı qətlin üstü açıldı

  • By admin
  • 27 İyun 2017 14:20

hebs_0451
İyunun 21-də Lənkəran rayonunun Liman şəhərində törədilmiş qətlin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, şəhər sakini İlahə Nəcəfovanın evinə gələn naməlum şəxs ev sahibəsinə və səs-küyə gələn anası Arifəyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, Arifə orada ölüb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əziz Əsgərov iyunun 26-da tutularaq istintaqa təhvil verilib.

Gununsesi.info