Müəssisə rəhbərlərinə ölkədən çıxmaq qadağan edildi

  • By admin
  • 26 Dekabr 2016 09:18

vergi

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən Gununsesi.info-ya  verilən məlumata görə, 23 dekabr tarixinə vergi borcu olduğuna görə 1106 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Gununsesi.info