Müəllimlər günü müəllimi maşın vurdu - XAÇMAZDA

  • Müəllif: admin
  • 05 Oktyabr 2016 10:30

piyade

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhəri Çingiz Abdullayev adına 2 saylı orta məktəbin Azərbaycan dili müəllimi, 1959-cu il təvəllüdlü Sultanova Zemfira Məmməd qızı “Opel-Astra” markalı avtomobillə vurulub. Ona sol yuxarı ətrafın qapalı sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Gununsesi.info