Müəllimlərin zəif cəhətləri üzə çıxdıqca onları sertifikatlaşmadan keçirmək yox, təkminləşdirməyə göndərmək lazımdır - ŞAHLAR ƏSGƏROV  

  • By admin
  • 16 İyul 2022 10:45

Hesab edirəm ki, hər bir nazirlik, o cümlədən də təhsil nazirliyi öz əməkdaşlarının peşəkarlığına şübhə ilə baxmamalıdır.
El misalında deyildiyi kimi “su qaba doldu, oldu içməli”. Əksinə onları himayə etməli, inkişaflarına qayğı göstərməlidir.

Müdafiə Nazirliyi öz əsgər və zabitlərini arxasında möhkəm durmasaydı və əsgərlər buna əmin olmasaydılar, sərt qaya üzərində yerləşən Şuşanı düşməndən azad etmək çətin olardı.

Müəllimlərin zəif cəhətləri üzə çıxdıqca onları sertifikatlaşmadan keçirmək yox, bir neçə aylıq təkminləşdirməyə göndərmək lazımdır. Bunun üçün müəmmalı şəkildə ləğv edilmiş təkminləşmə inistitutları yenidən bərpa olunmalıdır.

Görünən odur ki, sertifikatlaşmanın ədalətinə hələ inam azdır. Əgər sertifikatlaşmanı aparmaq zəruridirsə, onda onu inzibatı yolla yox, liberal yolla aparmaq lazımdır. Proses elə təşkil olunmalıdır ki, onun aktif tərəfi müəllimlər olsunlar, nazirlik olmasın.
Baş verənlərin səbəbini başa düşməyə cəhd edək. Çox inkişaf etmiş ölkələrdə 2 ilə 2-nin cəmi 4 bərabərdir və nöqtə! İnkişaf etməkdə olan olkələrdə də 2+2 də 4 bərabərdir, ancaq fərq bundadır ki, yaddaşda nə isə (?) saxlanılır. Birinci və ikinci dünya dövlətləri arasında düşüncə fərq bu qədərdir. Nəzərə alaq ki, irəli gedə bilək.

Şahlar Əsgərov
Professor